“Qurbanlıq qoyun” statusundan qurtulmalıyıq - Paşinyan

16:19 - 14 Aprel 2022 - Xəbər

Ölkə hakimiyyəti Ermənistan və “Qarabağ”a dövlətçiliyi qoruyub saxlamaq üçün yol açır. Biz elə bir yol açırıq ki, xalqımızı “qurbanlıq qoyun” statusundan çıxaraq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan suveren ölkədir və biz nəyisə özümüz həll etmək hüququnu qaytarmalıyıq:

“Çünki biz bir ölkəyik, qurbanlıq quzu deyilik ki, bizim necə kəsiləcəyimizi müxtəlif yerlərdə onlar qərar versinlər. Gələcək nəsillərin bu statusda qalmasına imkan verməyəcəyəm”.

Xəbər xətti