Dünyada koronavirusa yoluxanların sayı artdı

09:16 - 26 Yanvar 2022 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 350 milyon nəfəri keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 2 158 785 nəfər koronavirusa yoluxub, 6 189 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, yoluxanların ümumi sayı 352 796 704, ölənlərin isə 5 600 434 nəfərə çatıb.

Xəbər xətti