Azad edilən ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

10:31 - 24 Yanvar 2022 - HADİSƏ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 1 mina və 9 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 67,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Xəbər xətti