Neftin qiyməti azaldı

10:24 - 22 Yanvar 2022 - DÜNYA

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,72% azalaraq 1 barelə görə 87,74 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,83% azalaraq 84,84 dollar təşkil edib.

 

Xəbər xətti