Ərdoğanın mitinqində partlayıcı qurğu tapıldı

22:21 - 4 Dekabr 2021 - HADİSƏ

Türkiyənin Mardin əyalətinin Nusaybin rayononda böyük terror aktının qarşısı alınıb.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirt əyalətində keçiriləcək mitinqində təhlükəsizliyi təmin etməli olan polislərdən birinin avtomobilinin altına quraşdırılmış partlayıcı qurğu aşkar edilib.
Qeyd edilir ki, polis əməkdaşlarının sayıqlığı sayəsində terror aktının qarşısını almaq mümkün olub.

Hazırda partlayıcı qurğunu yerləşdirənlərin aşkar edilməsi üzrə araşdırma aparılır.

Xatırladaq ki, T.Ərdoğan bu gün Siirt əyalətində bir sıra tədbirlərdə iştirak edib.

Xəbər xətti