Rusiyada təmir səsindən bezən kişi qonşusunu liftdə partlatdı - VİDEO

18:56 - 1 Dekabr 2021 - DÜNYA

Rusiyanın İrkutsk şəhərinin sakini Aleksandr Çernikov qonşusunu liftdə partladıb. Səbəbi isə qisas olub. Belə ki, Viktor Molçanov evində təmir işləri aparıb, səs-küy isə 50 yaşlı kişini narahat edib.

Onlar bunun üstündə dəfələrlə mübahisə ediblər, sonda yaşlı kişi qonşusunu partlatmaq qərarına gəlib.

Yaşlı kişi evdə partlayıcı hazırlayaraq bir torbanın içində liftə qoyub, sonra isə qonşusunu güdməyə başlayıb. O, liftə minəndə isə əldəqayırma partlayıcı qurğunu işə salıb.

30 yaşlı zərərçəkən çoxsaylı travma, kontuziya və əl-ayaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda Çernikov saxlanılıb, ona qarşı “Ümumi təhlükəli üsulla adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.///Oxu.az

Xəbər xətti