Bu ölkədə sərt karantinə keçilir

07:56 - 19 Oktyabr 2021 - DÜNYA

Əhali nisbətinə görə koronavirusun ən geniş yayıldığı ölkə Latviyadır.

Bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, ölkə əhalisinin hər milyon nəfərinə həftə ərzində orta hesabla 7679,97 yeni yoluxma faktı düşür. Analoji göstərici üzrə Barbados (7125,28) ikinci, qonşu Gürcüstan isə üçüncü (7106,18) yerdə qərarlaşıb.

Qeyd edək ki, məlumatın açıqlanmasından sonra Latviyanın baş naziri Krişyanis Karinş ölkədə dörd həftəlik sərt qapanmaya gediləcəyini elan edib.///oxu.az

Xəbər xətti