Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

Azərbaycan internetin sürətinə görə 224 ölkə arasında 167-cidir

Britaniyann nüfuzlu Cable (cable.co.uk) qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz məlumat verib. AİF prezidentinin sözlərinə görə, Cable təşkilatı 2020-2021-ci illəri əhatə edən 12 ay ərzində ( 2021-ci ilin iyun ayınadək) 224 ölkə arasında internetin sürətilə bağlı aparılan milyonlarla test nəticəsində əldə olunan statistikaya əsasən reytinq cədvəli hazırlayıb:

"Cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yeri qazanıb. Bu reytinq cədvəlinə görə Azərbaycanda əldə olunan orta sürət 6.6 Mb/san olub.
Dərhal qeyd etmək istərdim ki, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil. Reytinq Cədvəlinə görə bu göstərici qonşu ölkələr içərisində də yetərincə aşağı nəticədir.

Düşünmək olar ki, ölkənin əsas provayderləri olan Baktelekom və Aztelekom dövlət provayderlərinin böyük əksəriyyət müştərilərinin 1-2 Mb/san internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub."

Osman Gündüz qeyd edir ki, 2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub: 
"Ölkələr arasında ən yüksək sürət 270 Mb/san, ən aşağı sürət 0.5 Mb/san olub. Xatırlayıram ki, 2019-cu ildə bu qurumun Reytinq Cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutmuşdu. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub.

Cable-in reytinq cədvəllərinə görə son illərdə Azərbaycan internetin sürətinə görə xeyli geriləyib.
Son illərdə sektorda inhisarçılığın yüksək həddə olması, özəllər üçün dövlətə məxsus kabel-kanal infrastrukturundan istifadədə ciddi problemlərin olması, ölkə üzrə keyfiyyətli internet probleminin həllini ötən illərdə NRYTN-nin yalnız öz üzərinə götürməsi doğru yanaşma deyildi və bu da öz nəticəsini artıq göstrəməkdədir.

Yeri gəlmişkən qeyd edim ki, genişzolaqlı internetə əlçatımlığı artırmaq və internetin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində NRYTN-in yeni rəhbərliyi tərəfindən hazırda dövlət və özəl provayderlərin birgə əməkdaşlığını nəzərdə tutan "dövlət-özəl tərəfdaşlığı" təşəbbüsü iərli sürülüb.
Bakıətrafı və regionların kəndlərində, yaxın 1-2 il ərzində genişzolaqlı inetrnetin inkişafı üçün adı çəkilən təşəbbüs çərçivəsində tədbirlərə başlanıb.
Hazırda Bakı ətrafında və regionlarda bu təşəbbüs çərçivəsində GPON və LTE texnologiyaları ilə evlərə internet xəttlərinin çəkilişinə start verilib.
Azərbaycanda keyfiyyətli internet probleminin olması dövlət başçısı səviyyəsində də vurğulanıb.
Son illərin qlobal çağırışları, COVİD-19 pandemiyası da internetin, rəqəmsal sektorun inkişafını xeyli stimullaşdırıb.

Ümid edirəm yaxın zamanlarda yaradılması nəzərdə tutulan Müstəqil Tənzimləyici qurumun formalaşması da sektorda ciddi canlanma yaradacaq, rəqabətli mühiti inkişaf etdirəcək.
İnanıram ki, Nazirlik özəl provayderlər üçün münbit şərait yaratmaqla, dövlət-özəl tərəfdaşlığını özəllər üçün cəlbedici və əlçatan etməklə, magistral infrastrukturun qurulmasına yetərincə investisiya ayırmaqla bütün ölkə üzrə keyfiyyətli internet problemini yaxın bir-iki ildə tam həll edə biləcək."

"Yeri gəlmişkən, Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıydı" - O.Gündüz qeyd edib.

Tarix
15 Sentyabr 2021 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-09-15 15:38:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin