Bakıda mikroavtobus qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb - FOTO

21:18 - 18 İyun 2021 - HADİSƏ

Bakının Qaradağ rayonunda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Ələt magistralının 45-ci kilometrliyində baş verib.

“Hyundai” markalı minik avtomobili “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti