Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mikroavtobus qəzaya uğrayıb, 3 nəfər xəsarət alıb -<font color=red><b> FOTO</b></font>

21:18 - 18 İyun 2021 tarixində dərc olunub.

Bakının Qaradağ rayonunda mikroavtobus və minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Ələt magistralının 45-ci kilometrliyində baş verib.

“Hyundai” markalı minik avtomobili “Mercedes” markalı mikroavtobusa çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: