Heyvanların peyvənd edilməsi ilə bağlı haqq müəyyənləşdiriləcək

16:05 - 4 May 2021 - ÖLKƏ İÇİ

Dövlət sifarişi ilə heyvanların planlı profilaktik  və məcburi peyvənd edilməsi ilə  bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "Baytarlıq haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, dəyişiklik heyvanların dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə  bağlı həyata keçirilən baytarlıq xidmətlərinə görə haqların müəyyən edilməsinə hüquqi əsas yaradacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər xətti