Balakəndə itkin düşən azyaşlı tapılıb

Balakəndə polislər itkin düşən azyaşlını tapıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, “102” Zəng Mərkəzi Xidmətinə və Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini bir qadın 6 yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün köməklik göstərilməsini xahiş edib.

Polis Şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal azyaşlının tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar. Qısa zaman ərzində azyaşlı U.H şəhər ərazisində tapılaraq yaşadığı evində ailəsinə təhvil verilib.

Uşağın valideynləri övladlarının tapılaraq heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Tarix
3 Mart 2021 [18:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-03 18:53:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin