Meksikada benzin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı 25 nəfər yaralanıb. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, aksiya zamanı 600 nəfər saxlanılıb.
Qeyd edək ki, yanvarın 1-dən keçirilən etiraz aksiyasında bir polis əməkdaşının öldüyü bildirilir.