Çin yeni nəsil eksperimental telekommunikasiya peykini uğurla orbitə buraxıb.
"Sinxua" xəbər verir ki, buraxılış Sıçuan əyalətinin Siçan kosmodromundan həyata keçirilib.
Göyərtəsində kosmik aparat olan "Çançjen-3V" raket daşıyıcısı yerli vaxtla 5 yanvar 23:18-də start götürüb. Peyk şəbəkə məlumatlarının sürətli ötürülməsi və teleyayımın təşkili üçün nəzərdə tutulub.