İcbari avtosığorta bazarı 4% artıb - Azərbaycanda

15:00 - 5 Yanvar 2017 - Xəbər

Azərbaycanda 2016-cı il ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə qeydiyyata alınıb. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 79,8 mln. manat təşkil edib. 

Ucnoqta.az İSB-yə istinadən xəbər verir ki, bunun 130 655-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 
Əvvəlki il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3,3%, sığorta haqlarının məbləğində isə 4,4% artım müşahidə olunub.
Nəticədə, 2016-cı ildə Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələri üzrə orta sığorta haqqı 88 manat təşkil edib.
Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 13 sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər xətti