"Azərbaycan "ADEX 2014" müdafiə sənayesi sərgisində 27 məhsulla təmsil olunmuşdusa, builki sərgidə bu göstərici 260-dan çox olacaq"."Report" xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.Onun sözlərinə görə, bu il sərgidə nümayiş olunacaq açıq havada olan platformanın əhatə dairəsi də genişlənib: "Nazirliyə aid bütün məhsulların hamısı nə qədər mümkündürsə göstəriləcək və məlumat veriləcək".
Nazir müavini əlavə edib ki, sərgi çərçivəsində həmçinin bir sıra müqavilələrin imzalanması da nəzərdə tutulub.