ABŞ hökuməti "Boeing" aviaşirkətinə İrana təyyarə satmağa icazə verib. Ucnoqta.az"RİA Novosti"yə istinadən bildirir ki, şirkət məlumatı təsdiqləyib.
"Biz icazə almışıq və "İran air" şirkəti ilə danışıqlar aparırıq", - deyə, şirkətdən bildirilib.
Qeyd edək ki, İran şirkətdən yüzdən artıq "Boeing" almaq niyyətindədir. Bu təyyarələrin ümumi dəyəri 25 milyard dollardır.