Qeraçi adına İrəvan dövlət Tibb Universitetinin təhlükəsizlik xidmətinin rəhbəri Vanik Qinosyan həbs olunub.
Erməni KİV xəbər verir ki, bu barədə Universitetin rektoru Mikael Narimanyan bildirib.
Narimanyan Qinosyanın 2 ay əvvəl həbs olunduğunu desə də, onun nədə günahlandırıldığını açıqlamayıb.
Rektor sadəcə araşdırma getdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl “Johovurd” qəzeti universitet rəhbərliyinin saxlanıldığını yazmışdı.