Kolumbiyanın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, episentr Mutata şəhərindən 38 km. şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı yerin 10 km. dərinliyidə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.