Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” bir ilkə imza ataraq ISO 10002:2018 Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi Sertifikatını əldə edib.
Sertifikat müştəri məmnuniyyətinin artırılması və şikayətlərin effektiv idarə edilməsinə görə təqdim olunur. Eyni zamanda müştəri şikayətlərinin şəffaf, sistemli və müştəri yönümlü şəkildə idarə olunduğunu təsdiqləyir və şirkətlərə bu sahədə davamlı inkişaf üçün geniş imkanlar yaradır.
Bu uğur şirkətlər qrupunun müştəri xidmətlərinə verdiyi önəmin və keyfiyyətə sadiqliyinin bariz nümunəsidir. Şirkət, müştərilərinə ən yüksək standartlarda xidmət göstərmək və onların məmnuniyyətini daim artırmaq məqsədilə fəaliyyətlərini davam etdirir.