Saatlıda avtomobil və dəmir yollarının kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xəttində, keçiddə qeydə alınıb. 77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxıb, keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq yoldan kənara düşüb.
Qəzada Neftçala rayon sakinləri - 1991-ci il təvəllüdlü Aynurə Məlikova və 2009-cu il təvəllüdlü Arif Bədəlov xəsarət alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.