358,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib

13:02 - 17 İyun 2025 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.06-2025-16.06.2025) məlumat açıqlanıb.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, işğaldan azad olunan ərazilərdə iyunun 10-dan 16-dək 29 tank əleyhinə, 131 piyada əleyhinə mina, 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Məlumata görə, 1358,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti