İran raketləri İsrailin Mossad kəşfiyyat xidmətinin Təl-Əviv yaxınlığındakı qərargahını vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Bundan əvvəl İran ordusunun quru qoşunlarının komandanı general-mayor Kiyumars Heydari “yeni silahlardan” istifadə etməklə İsrailə qarşı genişmiqyaslı hücumun başladığını elan edib.