İsrail Hərbi Hava Qüvvələri İranın şərqindəki Məşhəd hava limanında yanacaqdoldurma təyyarəsini vurub.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, İsraillə sərhəddən 2300 kilometr məsafədədir və bu, hücumu ölkələr arasında qarşıdurma başlayandan bəri ən uzaq hücumlardan biridir.
"İAF bütün İran ərazisində hava üstünlüyünə nail olmaq üçün çalışır" -İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məşhəd hava limanının üzərinə qara tüstü qalxır. Yerli sakinlərin sözlərinə görə, şəhərin özündə də bir neçə partlayış səsi eşidilib. Yerli əhali arasında itkilər barədə məlumat yoxdur.
Xarici KİV-in məlumatına görə, atəşə başlayandan bəri İranda 128 nəfər ölüb, daha 900 nəfər yaralanıb. İsrail tərəfində isə 15 nəfər ölüb, 358 nəfər yaralanıb.