İran silahlı qüvvələri İsrailə qarşı son zərbələr zamanı hələ də öz raket potensialından tam istifadə etməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH komandirinin müşaviri Əhməd Vəhidi bildirib.
"Biz hələ strateji raket potensialımızdan tam istifadə etməmişik. Lazım bildiyimiz zaman müasir avadanlıqlarımızı döyüş meydanına gətirəcəyik. Yeni nəsil raketlər isə bunun yalnız bir hissəsidir", - o, deyib.