Yük avtomobili mikroavtobusla toqquşub - Yaralılar var

09:02 - 16 İyun 2025 - HADİSƏ

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində baş verib. Hərəkətdə olan "Ford Tranzit" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Qəza zamanı 1996-cı il təvəllüdlü K.Əliyev, 1990- cı il təvəllüdlü E. Abdullayev və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.///unikal.az

Xəbər xətti