İsrailin Xomeynə hücumu nəticəsində səkkiz İran əsgəri həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb. Bildirilir ki, İsrailin İranın Xomeyn şəhərinə hücumu nəticəsində 8 İran əsgəri həlak olub.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş əməliyyata başlayıb. İran ertəsi gün cavab hücumu həyata keçirib.
İyunun 14-ü və 15-nə keçən gecə İsrail və İran qarşılıqlı zərbələr endiriblər.