İran İsrailə "yeni silahlarla" hücum etdiyini açıqladı
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran ordusunun quru qüvvələri komandanı deyib.
Qeyd olunur ki, İran Təl-Əviv, Hayfa və digər İsrail hərbi obyektlərinə “yeni silahlarla” və “yüzlərlə PUA” hücum edib.
Bildirilir ki, İran yaxın saatlarda İsrailə hücumlarını artıracaq.