Neftin qiyməti bahalaşır

16:14 - 17 İyun 2025 - İQTİSADİYYAT

ICE birjasında Brent markalı neftin qiyməti təxminən 3,5% artıb

Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, 2025-ci ilin avqustunda çatdırılma üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında 3,45% artaraq 75 dollar/barelə çatıb.

2025-ci ilin avqustunda WTI markalı neftin fyuçersləri isə 1,49% artaraq 71,64 dollar/barelə yüksəlib.

Xəbər xətti