Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Ankaraya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Milli Assambleyanın sədri Alen Simonyan da təsdiqləyib.
Onun sözlərinə görə, səfər Türkiyə prezidentinin dəvəti ilə baş tutacaq.