Türkiyə və Rusiya müdafiə nazirləri Yaşar Gülər və Andrey Belousov telefon danışığı aparıb və İran-İsrail münaqişəsini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iyunun 17-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə Rusiyanın müdafiə naziri Andrey Belousov arasında telefon danışığı olub.
Nazirlər ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusən də İran və İsrail arasındakı münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.