İsrailin Əhali və Miqrasiya İdarəsi İrana qarşı hərbi əməliyyat başlayanda ölkədə qanuni olan əksər əcnəbilərin vizalarını uzaddığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.
“Son hadisələrin fonunda Əhali və Miqrasiya İdarəsi bəyan edir ki, əcnəbilər üçün İsraildə qanuni olaraq 12 iyun 2025-ci ildə qüvvədə olan vizalar avtomatik olaraq 30 sentyabr 2025-ci il tarixinə qədər uzadılıb”, - agentliyin açıqlamasında bildirilir.