DSX-nin intihar edən gizirinin 7 ay əvvəl toyu olmuşdu... - Foto

22:27 - 29 Aprel 2025 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov ötən gün yaşadığı mənzildə intihar edib.

Ucnoqta.az Unikal.az-a istinadən xəbər verir ki, Rəhim Novruzov 7 ay əvvəl ailə həyatı qurubmuş. O, yaxın aylarda ata olacaqdı.

Mərhum ötən gün Kürdəmir rayonunun Çöhranlı kəndində dəfn edilib.

Xəbər xətti