Hindistan və Pakistan arasındakı Nəzarət Xəttindəki sərhəd bölgəsində Cammu və Kəşmirdə atışma baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan ordusunun bəyanatında deyilir.
Açıqlamada deyilir ki, Hindistan ordusu tez və effektiv cavab verib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulur.