Qurban Qurbanovun bu hərəkəti gündəm oldu: Onu təbrik etmədi ... - VİDEO

10:53 - 28 Aprel 2025 - İDMAN

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün çempionu olub.

Ucnoqta.az xəbər verir ki, “Sabah”la 32-ci turdan 1:1-lik heç-heç edərək qızıl medallara sahib çıxan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov matçdan sonra paltardəyişmə otağında futbolçularını təbrik edib.

Həmin vaxt diqqətçəkən məqam isə Q.Qurbanovun bütün futbolçularla əl verib görüşdüyü halda müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi olub.

Görüntülərdə B.Mustafazadənin də buna əsəbləşdiyi diqqət çəkir.

Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. ///Sportinfo.az

Xəbər xətti