Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Bu barədə Ucnoqta.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məzarın üzərinə gül düzülüb, xatirəsi ehtiramla yad edilib.
Qeyd edilib ki, bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür. Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun elmi irsi xalqın qürur mənbəyi olub, xatirəsi hər zaman hörmətlə anılacaq.