İsrail hərbçiləri İordan çayının qərb sahilində 75 fələstinlini saxlayıb

11:31 - 27 Aprel 2025 - DÜNYA

İsrail təhlükəsizlik qüvvələri son bir həftə ərzində İordan çayının qərb sahilində 75 fələstinlini terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki. son bir həftə ərzində İsrail təhlükəsizlik qüvvələri bütün Yəhudeya və Samariyada terrorizmi yatırmaq üçün əməliyyat keçirib. Əməliyyatlar çərçivəsində təhlükəsizlik qüvvələri axtarışda olan 75 şəxsi saxlayıb və 40-dan çox silah-sursat müsadirə edilib. 
Bundan əlavə, İsrail əsgərləri Hebron şəhərində qadın geyimləri mağazasında silah anbarı aşkar ediblər və İordan çayının qərb sahilində "A-Ram kəndində terrorçunun evini dağıdıblar.

Xəbər xətti