Peruda 5000 illik zadəgan qadın məzarı tapılıb

19:46 - 25 Aprel 2025 - MARAQLI

Peruda arxeoloqlar qədim Norte Çiko sivilizasiyasının ən yüksək sinfinə aid olan qadının məzarını aşkar ediblər. Dəfnin təxmini yaşı təxminən 5 min ildir.

Ucnoqta.az xəbər verir ki. bu barədə cümə axşamı Reuters agentliyi məlumat yayıb.

Arxeoloq David Palomino agentliyə deyib: "Bu, mühüm dəfndir, yüksək statuslu qadına uyğun elementlərə malikdir. Bu sivilizasiyada təkcə kişilər deyil, qadınlar da mühüm rol oynayıblar”, o əlavə edib.

Mütəxəssislərin fikrincə, qadının yaşı 20-35-dir. O, Amazon quşuna, ehtimal ki, macaw'a aid mavi və qəhvəyi lələklərlə bəzədilmiş mantiyada basdırılıb.
Mərkəzi Caral şəhərində yerləşən Norte Çiko sivilizasiyası eramızdan əvvəl 30-cu əsrdə çiçəklənib.

Xəbər xətti