Təyyarə Tailandın qərb sahillərində çimərlik yaxınlığında suya düşüb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ən azı 5 nəfər ölüb.
İlkin məlumata görə, təyyarə qəzası Petçaburi əyalətinin Ça-Am şəhərində baş verib. Kiçik yüngül təyyarə sahildən təxminən 100 metr aralıda, yerli çimərliyə çox yaxın məsafədə dənizə düşüb.
Hazırda fövqəladə hadisə yerində xilasedicilər və bütün təcili yardım xidmətləri işləyir.
Artıq 5 meyit sudan çıxarılıb, vəziyyəti çox ağır olan daha bir nəfər xəstəxanaya yerləşdirilib.
Xilasetmə əməliyyatı davam edir.