“Krokus”da terror aktına görə 45 nəfər saxlanılıb - Şoyqu

08:11 - 25 Aprel 2025 - DÜNYA

Rusiya xüsusi xidmət orqanları “Krokus Siti Holl”da törədilən terror aktında əli olan 45 nəfəri müəyyən edib və saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Ukrayna hərbi kəşfiyyatı beynəlxalq terror təşkilatlarının üzvlərindən, o cümlədən miqrantlardan da fəal şəkildə istifadə edir. Onlara 2024-cü ilin martında Crocus City Hall-a hücum kimi səs-küylü hücumların təchiz edilməsində və hazırlanmasında hərtərəfli köməklik göstərilir. Rusiya xüsusi xidmət orqanları bu terror aktını törətməkdə əli olan 45 şəxsi müəyyən edərək saxlayıblar”.

Şoyqunun sözlərinə görə, Rusiya ərazisində, ilk növbədə Şimali Qafqazda gizli hücrələr və yeraltı dəstələr yaratmaq istəyən beynəlxalq terror təşkilatlarından təhdidlər qalmaqdadır.
Bundan əlavə, Qərb ölkələrinin Rusiya Federasiyasını geosiyasi maraqlarının regionlarında, ilk növbədə Mərkəzi və Cənubi Asiya, Qafqaz, Dnestryanı, Yaxın Şərq və Afrika qitəsində saxlamaq üçün terrorçu qruplardan istifadə etməsi riski yüksək olaraq qalır.

Xəbər xətti