Hindistan və Pakistan əsgərləri Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordudakı mənbəyə istinadən PTI agentliyi məlumat yayıb.
"Pakistan tərəfindən Nəzarət Xətti boyunca bəzi yerlərdə atıcı silahlardan atəş açılıb", - mənbə bildirib.
“Artıq atəşə effektiv cavab verildi”, o əlavə edib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Agentliyin məlumatına görə, Pakistan ordusunun atəşə tutması 26 mülki şəxsin ölümü ilə nəticələnən Pahalqam terror hücumu ilə bağlı iki tərəf arasında gərginliyin artması fonunda baş verib.