Aprelin bütün dövlət sosial yardımları tam ödənilib

18:58 - 25 Aprel 2025 - ÖLKƏ İÇİ

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə Ucnoqta.az-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, aprelin 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 22-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiya ödənişləri həyata keçirilib.

Xəbər xətti