Nazir polkovniki yüksək vəzifəyə TƏYİN ETDİ

16:15 - 26 Aprel 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Ucnoqta.az Manset.az-a istinadən xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi.

Xəbər xətti