İranda baş verən partlayışda yaralananların sayı 400-ü ötdü (YENİLƏNİB)

15:15 - 26 Aprel 2025 - DÜNYA

İranın Fars körfəzi sahillərindəki limanında baş verən partlayışda yaralananların sayı 400-ü ötüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə səlahiyyətli orqanlar məlumat yayıb.

Bundan əvvəl İranın təcili yardım xidmətinin sözçüsü Babok Yektapərəst ölkənin cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayının 281 nəfərə çatdığını bildirib.

"Bəndər Abbasdakı Şəhid Rəcai limanında baş verən güclü partlayışdan sonra fövqəladə hallar qüvvələri tez bir zamanda hazır vəziyyətə gətirilib və indiyədək 281 yaralını xəstəxanalara çatdırıb", - o, IRNA-ya deyib.

"Regiondakı bütün əməliyyat, tibbi və yardımçı bölmələr tam gücü ilə işləyir. Bundan başqa, Cəhrom və Lar şəhərlərində fövqəladə hallar xidməti tam hazırlıq vəziyyətindədir", - İranın təcili yardım xidmətinin nümayəndəsi Babok Yektapərəst Mehr agentliyinə bildirib.
İran dövlət televiziya və radio şirkətinin müxbirinin aydınlaşdırdığı kimi, insidentə səbəb liman ərazisində konteynerlərdən birinin içindəkilərin partlaması olub. Partlayış həmçinin liman binalarından birinin uçmasına səbəb olub.

14:15

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 80-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bundan əvvəl Hormozqan əyalətinin fövqəladə hallar xidmətinin sözçüsü partlayış nəticəsində azı 47 nəfərin yaralandığını bildirib.

Xəbər xətti