Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri İsrailin Nevatim aviabazasına "hipersonik ballistik raket"lə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Sariya məlumat verib.
“Yəmən Silahlı Qüvvələrinin Raket Qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Negev bölgəsindəki Nevatim aviabazasına Fələstin-2 hipersonik ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib”, o, husilərə məxsus Əl Məsirə telekanalında deyib.