Pakistan- Hindistan sərhəddində atışma

12:04 - 27 Aprel 2025 - DÜNYA

Pakistan əsgərləri şənbə və bazar gününə keçən gecə Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin Nəzarət Xəttini (LoC) atəşə tutub.

Ucnoqta.az xəbər verir ki. bu barədə Hindistanın PTI agentliyi mənbələrə istinadən məlumat yayıb.
Sərhəddə atışma Tutmari Qali və Rampur bölgələrində qeydə alınıb. Bildirilir ki, Hindistan Ordusunun əsgərləri atıcı silahlardan cavab atəşi ilə cavab verib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Xəbər xətti