Husilər İsrailin Nevatim aviabazasına raket atıblar

10:11 - 27 Aprel 2025 - DÜNYA

Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri İsrailin Negev səhrasındakı Nevatim aviabazasına növbəti raket hücumu həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.

"Yəmən raket qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Negev səhrasında yerləşən Nevatim aviabazasına hipersəs ballistik raketlə hücum edərək hərbi əməliyyat keçirib", - hərəkatın nümayəndəsi Husilərə məxsus Əl Məsirə telekanalında bildirib.

Xəbər xətti