ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində eyniadlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlanma məntəqəsinin yerləşdiyi cəzaçəkmə müəssisəsini hədəf alıb.
İlkin məlumata görə, ölən və yaralananların sayı onlarladır. Binanı alov bürüyüb. Hadisə yerində mülki müdafiə bölmələri işləyir, yanğını söndürməyə və içəridəki insanları xilas etməyə çalışır.
Öz növbəsində Livanın “Al Mayadeen” telekanalı Saada xəstəxanalarının yaralananlarla dolu olduğunu bildirib.