İsrailin baş təhlükəsizlik rəisi iyunun 15-də istefa verəcək

22:12 - 28 Aprel 2025 - DÜNYA

İsrailin Şin Bet təhlükəsizlik direktoru Ronen Bar iyunun 15-də tutduğu vəzifədən istefa verəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

“35 illik xidmətdən sonra nizamlı varislik prosesini təmin etmək üçün 15 iyun 2025-ci ildə vəzifəmdən ayrılacağam” - Bar deyib.

Xəbər xətti