Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsünün kimliyi məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu, Ramiz Rasim oğlu Umudovdur.
Polis onu saxlayıb. Hazırda R.Umudovun törətdiyi əməllə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.